Yevlaxda "2 Fevral Gənclər Günü" mövzusunda videokonfrans formatında tədbir keçirilib

Xəbərlər / 01.02.2021 / 13:42

Fevralın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Yevlax şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə "2 Fevral Gənclər Günü" mövzusunda videokonfrans formatında tədbir keçirilib.

Onlayn konfransa Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli,  YAP Yevlax rayon təşilatının aparat rəhbəri Rafiq Əliyev, eləcə də idarə, təşkilatların gənc əməkdaşları, könüllülər qoşulublar.

Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova Azərbaycan gəncliyinin bu gün Azərbaycanın ən dəyərli sərvəti olduğunu qeyd edərək inkişaf edən gəncliyin vətənpərvər, milli ruhda tərbiyə olunduğunu bildirib. Qeyd edilib ki, müstəqil Azərbaycan gəncliyinin ən ali vəzifəsi Vətənini, dövlətini sevməkdir.

Daha sonra çıxış edən DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli Azərbaycan gəncliyinin hər zaman Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiq olduğunu, bu irsin gənclərin həyatında,eləcə də gələcək inkişafında başlıca amil olduğunu qeyd edib. Fərid Vaqifli məhz 2 fevral Gənclər gününün Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gənclərinə ən böyük hədiyyəsi olduğunu bildirib. Bu gün Azərbaycan gənclərinin  ölkəmizin inkişafı, onun müstəqilliyinin qorunması uğrunda fəaliyyətini vurğulayan Fərid Vaqifli bundan sonra da gənclərin ölkə Prezidenti Cənab İlham Əliyevin ətrafında sıx birləşəcəyini diqqətə çatdırıb.

YAP Yevlax rayon təşilatının aparat rəhbəri Rafiq Əliyev çıxışında Azərbaycan gəncliyinin gücündən, Vətən sevgisini məhz 44 gün davam edən Vətən müharibəsində bir daha nümayiş etdirməsindən danışıb.

Yevlax şəhər Heydər Əliyev  Mərkəzinin direktoru Aygün Qasımova,  YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Maqsud Süleymanlı və digər çıxışçılar da Azərbaycan gəncliyinin əldə etdiyi uğurlardan söhbət açıblar.

Sonda videokonfrans iştirakçılarının fikirləri dinlənilib və konfrans qarşılıqlı müzakirələrlə  davam edib.


Son baxılan xəbərlər

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.01.2020 / 16:43
Ətraflı oxu

Dövlət Komitəsinin könüllüləri ilə onlayn formatda görüş keçirilib

Könüllü fəaliyyət
02.09.2020 / 15:10
Ətraflı oxu

Aqil Şirinov: Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi heç vaxt cəmiyyətə xurafat danışmaz və danışmamalıdır da, ...

Müsahibələr
07.07.2020 / 10:12
Ətraflı oxu

“Tolerantlığın və multikulturalizmin Azərbaycan modeli” adlı konfrans keçirilib

Xəbərlər
11.08.2021 / 17:29
Ətraflı oxu

Alban-Udi xristian dini icmasının üzvləri Suqovuşan və Talışa səfər ediblər

Xəbərlər
28.06.2022 / 10:22
Ətraflı oxu

Astarada "Sülh aylığı" çərçivəsində tədbir baş tutub

Press-relizlər
30.08.2019 / 09:12
Ətraflı oxu