Zaqatalada 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş videokonfrans keçirilib

Press-relizlər / 27.01.2021 / 17:31

Yanvarın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Zaqatala rayon Qazılığının birgə təşkilatçılığı ilə 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və şöbənin əməkdaşları, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, QMİ-nin Zaqatala rayon qazısı Malik Bilalov və rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı  kütləvi yoluxma riski ilə bəşəriyyət və dövlətlər üçün böyük təhlükə yaratmış, qlobal və ciddi problemə çevrilərək insan həyatının sağlamlığı üçün fəsadlar törədən koronavirus pandemiyası ilə mübarizədə geridə qoyduğumuz 2020-ci ilin ölkəmiz üçün də çətin il olduğu vurğulanıb. Bildirilib ki, çətinliyi ilə yadda qalan ötən il ərzində Müzəffər Ali Baş Komandan cənab İham Əliyevin rəhbərliyi ilə düşmən tapdağı  altında olan əzəli Azərbaycan torpaqlarının azad edilməsi ilə tarixi ədalət bərpa edilmiş, 44 günlük tarixi zəfər yürüşü ilə otuz illik doğma yurd həsrəti yekunlaşmışdır. Qeyd edilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarı ilə  koronavirus infeksiyasının kütləvi yoluxmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində tədbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq ötən müddət ərzində rayon ərazisində fəaliyyət göstərən məscidlərin fəaliyyəti tam məhudlaşdırılmış və orada dindarlar tərəfindən dini ibadət həyata keçirilməmişdir.

Sonda konfrans iştirakçılarının fikirləri dinlənilib və qarşılıqlı müzakirələr aparılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin əməkdaşının məqaləsi xarici mətbuatda işıqlandırılıb

Xəbərlər
23.09.2020 / 16:18
Ətraflı oxu

Hacıqabulda “İslamda həmrəyliyin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.10.2017 / 10:29
Ətraflı oxu

Vladimir Fekete: Roma Papası Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir

Multikulturalizm
14.09.2016 / 14:30
Ətraflı oxu

DQİDK sədri: Zəngilan rayonunda yerləşən erməni təcavüzünün qurbanına çevrilmiş məsciddəki videogörüntü erməni vandalizmini bir ...

Açıqlama
23.10.2020 / 14:46
Ətraflı oxu

Goranboyda “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
28.02.2017 / 18:10
Ətraflı oxu

Qazaxda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb

Press-relizlər
21.06.2018 / 16:52
Ətraflı oxu