Oğuz rayonunda “Milli və dini həmrəyliyin Vətən müharibəsində rolu” mövzusunda onlayn tədbir keçirilib

Press-relizlər / 15.01.2021 / 15:45

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon Gənclər İdman idarəsi, Şəki Regional Mədəniyyət idarəsi, Oğuz Rayon Mərkəzi Kitabxanası və Oğuz Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Oğuz rayonunda “Milli və dini həmrəyliyin Vətən müharibəsində rolu” mövzusunda onlayn  tədbir keçirilib. Tədbirdə DQİDK–nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, şöbənin əməkdaşı Samir Salehov, Oğuz Rayon Gənclər və İdman idarəsinin rəisi Ramiz Mahmudov, Şəki Regional Mədəniyyət idarəsinin, Oğuz Rayon Təhsil Şöbəsinin əməkdaşları, həmçinin rayonda yaşayan milli azlıqların  mənsubları  və  rayon gəncləri  iştirak ediblər.

Çıxışlarda 44 günlük Vətən müharibəsinin  xalqımızın parlaq qələbəsi ilə başa çatmasından, uzun illər düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımızın mənfur düşməndən azad edilməsindən bəhs olunub. Bildirilib ki, bu müharibədə ölkəmizdə yaşayan müxtəlif xalqların və dinlərin mənsubları olan azərbaycanlılar yüksək həmrəylik və birlik nümayiş etdirdilər.

Sonda  tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
06.03.2020 / 15:04
Ətraflı oxu

Lerikdə Dövlət Komitəsinin sifarişi ilə nəşr olunan kitabların təqdimatı keçirilib

Xəbərlər
30.07.2021 / 18:27
Ətraflı oxu

DSX-nin Sərhəd Nəzarətində dini radikalizmlə mübarizəyə həsr edilmiş seminar keçirilib

Xəbərlər
29.09.2022 / 11:18
Ətraflı oxu

"Azərbaycan ailəsi pandemiya və post-pandemiya dövründə: sosial-mədəni, psixoloji məqamlar" adlı video-konfrans keçirilib

Press-relizlər
15.05.2020 / 15:22
Ətraflı oxu

Səyavuş Heydərov: Əsas vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi yad dini ideologiyaların təsirindən qorumaqdır

Press-relizlər
17.08.2018 / 15:55
Ətraflı oxu

Masallıda "Dini radikalizm, narkomaniya və erkən nigah dövrümüzün bəlasıdır" mövzusunda tədbir keçirilib

Press-relizlər
14.11.2018 / 12:56
Ətraflı oxu