
Press-relizlər / 23.12.2020 / 11:32
Dekabrın 23-də Saatlı Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş onlayn konfrans keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mehriban Ağayeva, Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova, Saatlı Gənclər Evi sosial xidmət müəssisəsin direktoru Aqşin Məmmədov, Rayon Gənclər və İdman İdarəsi və YAP Saatlı Rayon təşkilatının əməkdaşları, eləcə də gənclər iştirak ediblər.
Konfransda narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışılıb. Çıxış edənlər bəşəriyyət üçün böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniyaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm işlərin görüldüyünü bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.