“Zəfər bizimdir!” adlı onlayn tədbir keçirilib

Xəbərlər / 15.12.2020 / 16:00

Dekabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Zəfər bizimdir!”  mövzusunda Vətən müharibəsində Azərbaycan xalqının erməni faşizmi üzərində tarixi qələbəsinə həsr olunmuş onlayn regional konfrans keçirilib.Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və əməkdaşları, Balakən RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Zaqatala rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev, YAP Balakən rayon təşkilatı Gənclər birliyinin sədri Nurlan Şibliyev,  Zaqatala rayonu Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov,  II Qarabağ müharibəsi iştirakçıları Siyavuş Əhmədov, qazi Alim Ramazanov,  Qax rayon Gənclər və İdman  İdarəsinin rəis müavini Elvin Həsilov, Zaqatala rayon N.Gəncəvi adına Mərkəzi Kitabxana Sisteminin müdiri Gülnigar Məmmədova, Qax rayon C. Cabbarlı adına Mərkəzi Kitabxana Sisteminin müdiri Güllü Əhmədova, Balakən rayon Mərkəzi Kitabxana Sisteminin müdiri Məryəm Tağıyeva, Balakən rayonu Heydər Əliyev Mərkəzinin elmi işçisi Çinarə Bazarova,  Zaqatala rayon qazısı Malik Bilalov, Balakən rayon qazısı İbrahim İbrahimov, Qafqaz Müsəlmanları İdarəsinin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, bölgədə fəaliyyət göstərən  digər dini icma sədrləri  və din xadimləri iştirak ediblər.

Tədbir I və II  Qarabağ müharibəsində Şəhidlik zirvəsinə ucalmış həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq göstərişi ilə 27 sentyabr tarixində düşmən təxribatına cavab olaraq keçirilən əks-hücum əməliyyatı ilə başladılan, tarixə qəhrəmanlıq səlnaməsi kimi daxil olan, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələnən Vətən müharibəsi barədə danışılıb. Xalqın amalı, birliyi və iradəsi ilə Vətən müharibəsində yazılan yeni  şanlı tarixin haqq və bəşəri ədalət nümunəsi olduğu vurğulanıb, tarixi torpaqlarımız üzərindəki 30 illik həsrəti qələbə ilə yekunlaşdıraraq bu müjdəni xalqa yaşatdığı üçün cənab Prezident İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna dərin minnətdarlıq diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş və müdrik siyasət nəticəsində  tarixi ədaləti bərpa edən və qələbə hissini bizə yaşadan rəşadətli Ordumuzun hər bir hərbi qulluqçusuna dövlətimiz  tərəfindən göstərilən qayğı və diqqətin təzahürüdür ki, bir sıra hərbi qulluqçumuza müvafiq sərəncamla orden, medal və fəxri adlar verilib, xalqımız tərəfindən əbədiləşdirilməsi üçün  27 sentyabr tarixi “Anım günü” və 8 noyabr tarixi “Zəfər günü” təsis edilib, müvafiq fərman ilə Şəhid və qazi ailələrinə yardım məqsədi ilə “Yaşat” fondu yaradılıb.

 

 


Son baxılan xəbərlər

Masallıda “Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu” mövzusu müzakirə olunub

Xəbərlər
12.11.2021 / 14:35
Ətraflı oxu

Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.10.2018 / 17:26
Ətraflı oxu

Bölgələrdə 28 May – Müstəqillik Günü qeyd olunur

Press-relizlər
26.05.2023 / 09:34
Ətraflı oxu

Gəncədə dini radikalizmlə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
05.06.2023 / 16:49
Ətraflı oxu

“Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans keçirilib

Xəbərlər
24.07.2020 / 17:21
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının APA İnformasiya Agentliyinə verdiyi müsahibəsi bir sıra xarici xəbər ...

Press-relizlər
07.12.2020 / 15:47
Ətraflı oxu