DQİDK sədrinin “Azərbaycan: tarixi çoxkonfessiyalı irsinin müdafiəsində” adlı məqaləsi Argentinanın nüfuzlu xəbər portalında dərc edilib

Xəbərlər / 15.12.2020 / 11:48

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Azərbaycan: tarixi çoxkonfessiyalı irsinin müdafiəsində” adlı məqaləsi Argentinanın nüfuzlu xəbər portalında dərc edilib.

Məqalədə  qeyd olunur ki, Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə Bütpərəstlik, Zərdüştilik, İudaizm, Xristianlıq, İslam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilib, bir-birinə qarşılıqlı təsir göstərib. Bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi dövlət-din modeli dünyəvilik, tolerantlıq və multikultural prinsiplərə söykənir.

Dövlət Komitəsinin sədri məqalədə Cənubi Qafqaz regionunda Azərbaycanın multikulturalizm və tolerantlıq siyasətini yürüdən aparıcı dövlət olmasına baxmayaraq dinlərarası dialoqa və sülh şəraitində birgəyaşayışa yeganə təhdidin Ermənistanın təcavüzkar siyasəti olduğunu qeyd edib. O vurğulayıb ki, Sovet İttifaqının dağılması ərəfəsində yaranmış geosiyasi gərginlikdən istifadə edərək ötən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilmiş,  bir milyondan artıq azərbaycanlı – xristian, yəhudi və digər dinlərin nümayəndələri də daxil - qaçqın, məcburi köçkün taleyi yaşamağa vadar edilib, yüzlərlə dini abidə - məscidlər, kilsələr, ziyarətgahlar, qəbiristanlıqlar dağıdılıb, məscidlərimiz tövlə kimi istifadə olunub. Azərbaycan təcavüzkar Ermənistandan fərqli olaraq müsəlman, xristian, yəhudi və s. dinlərin nümayəndələri kimi, 30 mindən çox erməni millətinin də nümayəndəsinin sərbəst yaşadığı, Bakının mərkəzində Erməni Apostol Kilsəsinin, onlara aid dini kitabların dövlət tərəfindən qorunduğu ölkədir.

Məqalədə, həmçinin bu ilin iyul, avqust ayları, eləcə də sentyabrın 27-dən noyabr ayının 10-dək Ermənistan tərəfinin başlatdığı hərbi hücumlar, bu hücumların fəsadları, dini-tarixi abidələrimizə dəyən ziyan, mülki əhalinin hədəfə alınması və qadağan olunmuş silahlardan istifadə olunması, eyni zamanda erməni vandallığına Azərbaycanın tarixi qələbəsi ilə son qoyulmasından da bəhs edilir.

 

Məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

 

https://elpaisdigital.com.ar/contenido/azerbaiyn-en-defensa-de-su-histrico-patrimonio-multi-religioso/29436?fbclid=IwAR26l13GzGCxrjk6F7A9gsfDJIyN2iNtOEzULW11Nk6a3kytY0saWrXcbk8


 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Beynəlxalq Bəhai İcmasının baş katibi ilə görüşüb

Press-relizlər
01.05.2019 / 17:22
Ətraflı oxu

Sahib Nağıyev: Azərbaycan qlobal miqyasda dinlərarası dialoqun genişlənməsində yaxından iştirak edir

Press-relizlər
30.06.2022 / 16:09
Ətraflı oxu

Zaqatalada “Tolerantlığın ünvanı -Azərbaycan!” mövzusunda onlayn konfrans keçirilib

Press-relizlər
18.09.2020 / 16:39
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-da səfərdədir

Xəbərlər
15.07.2019 / 10:34
Ətraflı oxu

Abşeron rayonunda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
02.09.2019 / 16:09
Ətraflı oxu

Bölgələrdə “Şəhadət” sənədli filmi nümayiş etdirilir

Press-relizlər
12.01.2018 / 10:03
Ətraflı oxu