
Press-relizlər / 07.12.2020 / 15:47
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının APA İnformasiya Agentliyinə verdiyi müsahibəsi Ukraynanın nüfuzlu http://www.İslam.Plus, Özbəkistanın http://www.interpress.uz və Qazaxıstanın https://ea-news.kz/ portallarında işıqlandırılıb
Qeyd edək ki, Dövlət Komitəsinin sədri müsahibəsində noyabrın 25-də Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı tövsiyə sənədini qəbul etməsi, Dağlıq Qarabağdakı Xristianlığa aid dini abidələrlə bağlı Qərbin süni təşviş yaratmaqla məşğul olması barədə sualları cavablandırıb, eyni zamanda Qarabağdakı xristian abidələrinin mütləq əksəriyyəti Alban Apostol Kilsəsinə aid məbədlər olması, erməni kilsəsi ilə Alban kilsəsinin dini və memarlıq baxımdan tamamilə fərqlənməsi barədə məqamlarla aydınlıq gətirib. Fotofaktların da yer aldığı müsahibədə ölkəmizdə dini mənsubiyyətinə fərq qoyulmadan bütün dinlərin və tarixi abidələrin eyni diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayan Mübariz Qurbanlı Ermənistanın Dağlıq Qarabağa təcavüz zamanı İslama qarşı törətdiyi vəhşilikləri- məscidlərin mütləq əksəriyyətinin dağıntılara məruz qalması, içərisində heyvan saxlanılması, təhqir edilməsi kimi faktlara diqqət çəkib.