DQİDK-nın şöbə müdiri ATƏT- in İnsan Ölçüsü üzrə üçüncü Əlavə Görüşündə çıxış edib

Press-relizlər / 11.11.2020 / 11:25

9-10 noyabr tarixlərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edən Albaniya və ATƏT-in Demokratik Təsisatlar Bürosunun dəstəyi ilə təşkil olunan "Din və Etiqad Azadlığı: Bu hüququn hamı üçün irəlilədilməsində Rəqəmsal Texnologiyaların və Vətəndaş Cəmiyyəti Aktorlarının rolu” mövzusunda ATƏT- in İnsan Ölçüsü üzrə üçüncü Əlavə Görüşü keçirilib.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev Covid-19 pandemiyası ilə əlaqədar olaraq videokonfrans formatında keçirilən görüşün “ATƏT bölgəsində Din və etiqad azadlığının vəziyyəti: Çağırışlar və perspektivlər” mövzusunda I sessiyasında  çıxış edib.

DQİDK-nın şöbə müdiri çıxışında Azərbaycanda dini zəmində dözümsüzlük və ayrı-seçkiliyin qarşısının alınması, habelə ölkəmizdə müxtəlif dinlər arasında dialoqun gücləndirilməsi istiqamətində davam etdirilən tədbirlər barədə danışıb.

Bildirib ki, dövlət hər zaman multikulturalizm və tolerantlıq siyasətinə sadiq olaraq bu sahədə fəaliyyətini davam etdirir.

Şöbə müdiri, həmçinin videokonfrans iştirakçılarını Ermənistanın işğalçılıq siyasəti, sentyabrın 27-dən bugünədək Ermənistan tərəfinin başladığı hərbi hücumlar nəticəsində Azərbaycanın münaqişə zonasına aid olmayan yaşayış məntəqələri, eləcə də tarixi-dini abidələrin dağıdılması, onların təhqir edilməsi, mülki əhalinin həlak olması barədə məlumatlandırıb.

Videokonfrans zamanı eyni zamanda Ermənistanın öz təcavüzkar siyasətinə dini don geyindirmək cəhdləri də diqqətə çatdırılıb.


Son baxılan xəbərlər

Beyləqanda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
05.04.2019 / 17:56
Ətraflı oxu

Sumqayıtda “Aprel döyüşləri – tariximizin yeni qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib

Press-relizlər
10.04.2018 / 15:16
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib

Xəbərlər
27.08.2019 / 15:18
Ətraflı oxu

DQİDK sədri İordaniya Haşimilər Krallığının səfiri ilə görüşüb

Press-relizlər
09.12.2020 / 15:51
Ətraflı oxu

Qusarda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
01.11.2019 / 16:18
Ətraflı oxu

Gündüz İsmayılov: "ABŞ Dövlət Departamentinin adıçəkilən hesabatını obyektiv qəbul etmirik”

Xəbərlər
16.06.2020 / 11:25
Ətraflı oxu