Prezident İlham Əliyev: “Bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək”

Xəbərlər / 19.10.2020 / 11:41

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətindən:

 

"Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinə yetiririk. Mən tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu işğalçıları torpağımızdan qovmağa davam edəcəkdir".                           

Son baxılan xəbərlər

DQİDK sədri XVII Beynəlxalq Müsəlman Forumunda iştirak edib

Xəbərlər
15.12.2021 / 17:22
Ətraflı oxu

Xaçmaz rayonunda «Dini radikalizm və onun təzahür formaları» mövzusunda tədbir keçirildi

Arxiv
01.07.2016 / 16:53
Ətraflı oxu

Milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq

Press-relizlər
11.09.2018 / 11:54
Ətraflı oxu

Azərbaycan və Qazaxıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xəbərlər
27.10.2021 / 17:08
Ətraflı oxu

Səyavuş Heydərov: "Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur"

Press-relizlər
16.10.2018 / 17:57
Ətraflı oxu

Masallıda “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.01.2017 / 10:00
Ətraflı oxu