Dövlət Komitəsinin əməkdaşının məqaləsi xarici mətbuatda işıqlandırılıb

Xəbərlər / 23.09.2020 / 16:18

Misir Ərəb Respublikasının nüfuzlu media portallarından biri olan “www.aldiplomacy.com” xəbər portalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin məsləhətçisi Səfər Səfərlinin "Azərbaycanda qeyri-müsəlman dini azlıqlar" başlıqlı məqaləsi dərc edilib. Azərbaycandakı Xristianlıq, Yəhudilik, Zərdüştlük, Bəhailik və Hinduizmin tarixindən bəhs edilən məqalədə xalqımızın sülh şəraitində birgəyaşayış modelindən söz açılıb. Eyni zamanda  Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə, son günlərdə Tovuzda törətdikləri təxribatlara da toxunulub.

Azərbaycanın hər zaman sülh və birgəyaşayış prinsiplərinə söykənərək ölkədə mövcud nümunəvi dini tolerantlıq və multikulturalizm ənənələrini layiqincə qoruyub saxlaması, eləcə də, bunun dünyada təbliğində müstəsna rol oynaması da məqalədə yer alıb.

Məqalə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.aldiplomasy.com/en/?p=21221&fbclid=IwAR269xCgc6eecwlJ2qNbhChs0JSams7t3riaz6Ro5dOqRYW3PzCvFavk5TY


Son baxılan xəbərlər

Böyük Britaniyanın nümayəndə heyəti Azərbaycandakı tolerantlıq və multikulturalizm haqqında məlumatlandırılıb

Xəbərlər
19.09.2014 / 09:58
Ətraflı oxu

Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb.

Xəbərlər
12.11.2014 / 00:52
Ətraflı oxu

Dövlət Komitəsində Anım tədbiri keçirilib

Press-relizlər
27.09.2021 / 17:10
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
03.05.2018 / 18:00
Ətraflı oxu

Zaqatalada “Dini radikalizm və zərərli vərdişlərlə mübarizədə təhsilin rolu” mövzusu müzakirə olunub

Press-relizlər
15.10.2019 / 16:29
Ətraflı oxu

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıblar

Press-relizlər
29.03.2021 / 11:24
Ətraflı oxu