Dövlət Komitəsi sədrinin məqaləsi Pakistanın beynəlxalq nüfuzlu media portalında dərc edilib

Press-relizlər / 21.09.2020 / 12:13

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının müəllifi  olduğu “Azərbaycan - milli-mənəvi dəyərlərin qorunduğu və dini tolerantlığın yüksək səviyyədə təmin olunduğu ölkə” başlıqlı məqalə Pakistanın beynəlxalq nüfuzlu https://www.parhlo.com/ media portalında dərc edilib.

Məqalədə Azərbaycandakı mövcud nümunəvi dini tolerantlıq mühiti, milli-mənəvi dəyərlərimizə söykənən, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, eləcə də Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, bu ilin iyul ayında Tovuzda baş verən erməni təxribatından bəhs edilir.

Yazıda ölkəmizdə dini tolerantlıq və multikulturalizm ənənələrinin layiqli şəkildə qorunub saxlanılması və bu sahədə ölkə Prezidentinin uğurlu siyasəti vurğulanaraq dövlət başçısının Sərəncamı ilə Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması buna praktiki sübut kimi diqqətə çatdırılır.

Eyni zamanda məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanda elm, təhsil və mədəniyyət sahələrində həyata keçirilən layihələrə xüsusi diqqət yetirməsi, milli-mənəvi dəyərlərimizin təkcə Azərbaycanda deyil, həm də dünyada tanıdılmasında xüsusi rol oynadığı, Heydər Əliyev Fondunun dəstəyi ilə çox sayda məscid, kilsə və digər dini abidələrin bərpa edilərək istifadəyə verilməsi barədə dolğun məlumatlar yer alıb.

Sözügedən məqalədə tarix boyu ermənilərin Azərbaycana qarşı ərazi iddiaları, Azərbaycan torpaqlarını işğal etməsi, etnik təmizləmə siyasəti aparması, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozması, həmçinin dini-mədəni abidələrimizin işğalçılar tərəfindən dağıdılması qəti şəkildə pislənilir. Həmçinin Azərbaycanın din və mədəniyyətlərarası dialoqa xüsusi töhfə verməsi və bu sahədə müxtəlif nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi qeyd olunur, eləcə də milli-mənəvi dəyərlərin, dini tolerantlığın qorunması və təbliği dövlət siyasətinin əsas prioritet istiqamətlərindən olduğu vurğulanır.

Məqalə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.parhlo.com/azerbaijan-religious-tolerance/


Son baxılan xəbərlər

"Tolerantlıq Kuboku"nun püşkatma mərasimi keçirildi (Foto)

Arxiv
19.04.2013 / 10:18
Ətraflı oxu

Goranboyda “Gənclərin yad təsirlərdən qorunmasında təhsil amilinin rolu” mövzusu müzakirə olunub

Press-relizlər
23.02.2022 / 16:08
Ətraflı oxu

Ucar və Göyçayda “Narkomaniya: səbəbləri və ona qarşı müarizə yolları" mövzusunda maarifləndirici tədbir keçirilib

Xəbərlər
16.05.2022 / 09:30
Ətraflı oxu

Balakəndə “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri” mövzusunda seminar keçirilib

Xəbərlər
05.05.2022 / 17:46
Ətraflı oxu

Zaqatalada “Narkomaniyaya qarşı mübarizədə din amili” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
16.03.2018 / 10:01
Ətraflı oxu

Prezident İlham Əliyev: “İşğal olunmuş ərazilərimizdə bütün məscidlər Ermənistan tərəfindən dağıdılıb”

Xəbərlər
28.10.2019 / 09:24
Ətraflı oxu