DQİDK sədri Mübariz Qurbanlı: “Ermənilər ölkəmizin işğal olunmuş ərazilərində nəyin bahasına olursa-olsun Azərbaycan və İslam izlərini yox etməyə çalışırlar”

Press-relizlər / 18.09.2020 / 12:23

“Harada Azərbaycan və Türkiyənin uğuru varsa, orada biz mütləq Ermənistanın düşmənçiliyini görürük. Ermənistan açıq şəkildə Azərbaycanın əleyhinə mənfur münasibət sərgiləyir və biz bunun dəfələrlə şahidi olmuşuq.”

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişində səsləndirib.

Komitə sədri əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Covid-19 pandemiyası ilə bağlı təşəbbüsü Birləşmiş Millətlər Təşkilatı səviyyəsində müzakirə edildikdə, xüsusi sessiyanın çağırılması məsələsi ortaya çıxdıqda da Ermənistan buna qarşı çıxmışdı və özünü çox gülünc vəziyyətə salmışdı.

Verilişdə ermənilərin işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi-dini abidələrimizə qarşı törətdiyi vandalizm aktlarına toxunan Mübariz Qurbanlı vurğulayıb ki, çoxları İslam həmrəyliyindən və birliyindən danışır, sözdə bunu həmişə ifadə edir, İslam Əməkdaşlıq Təşkilatında İslam həmrəyliyini nümayiş etdirən qətnamələrə imza atır. “Amma bəzən əməldə başqa bir şeyləri görməkdəyik. Azərbaycanın işğal olunmuş əraziləri, o cümlədən indi Ermənistan adlanan, lakin vaxtilə Azərbaycan xalqına məxsus olan Qərbi Azərbaycan ərazilərində ermənilər nəyin bahasına olursa-olsun Azərbaycan və İslam izlərini yox etməyə çalışırlar. Bunu edərkən də tarixi abidələri dağıdırlar, o cümlədən Qafqaz Albaniyasına aid olan tarixi abidələri özününküləşdirməyə, hətta provaslav kilsələrini də qriqorian kilsələrə çevirməyə çalışırlar. Şuşada vaxtilə rus-provaslav kilsəsi mövcud olub. Bu abidəni də özününküləşdirmək üçün addımlar atıblar və kilsədən provaslav izlərini siliblər”,- deyə Komitə sədri bildirib.

Məscidlərin dağıdılması və təhqir olunması ilə bağlı kifayət qədər faktların olduğunu diqqətə çatdıran DQİDK sədri Ermənistana tarixi İslam mədəniyyəti abidələrini hifz etmək adı altında köməklik göstərənlərin olduğunu dilə gətirib: “Bir məscidi təmir etməklə, Azərbaycanın adından çıxarıb başqa ölkənin məscidi adı altında göstərməklə Ermənistan guya İslam mədəniyyətinə “tolerant” münasibətini nümayiş etdirir. Bu, saxtakarlıqdan başqa bir şey deyildir. Faktiki olaraq, orada bütün məscidlər, tarixi abidələr dağıdılıb və İslam həmrəyliyi adı altında fəaliyyət göstərən ölkələr mütləq bundan nəticə çıxarmalıdır. Ümumiyyətlə, işğal olunmuş ərazilərdə tarixi abidələrin dağıdılması, özününküləşdirilməsi, o cümlədən bu ərazilərdə qeyri-qanuni yol ilə məskunlaşdırılmanın həyata keçirilməsi beynəlxalq sənədlərdə tamamilə pislənən bir hərəkətdir.”

Verilişlə daha ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=NHitrmyIpJM&fbclid=IwAR1L5EH1JV5MRqwQbPWz-rhvPAr5GlSIcLe76dzwA775tetPMa3WbiALPko


Son baxılan xəbərlər

Qaxda “Dövlətimizin din siyasəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
12.05.2022 / 14:34
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Gürcüstanın Azərbaycandakı səfirini qəbul edib

Press-relizlər
24.10.2014 / 11:40
Ətraflı oxu

STOP İSLAM! Avropanın qaranlıq üzü – Dəhşətli faktlar

Press-relizlər
02.12.2019 / 12:30
Ətraflı oxu

Lerikdə "Dini radikalizmlə mübarizə: nəticələr və vəzifələr" mövzusunda tədbir keçirilib

Press-relizlər
25.10.2018 / 10:58
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Lənkəranda vətəndaşları qəbul edib

Press-relizlər
25.11.2014 / 14:46
Ətraflı oxu

Yas mərasimi: necə olmalıdır, necə keçirilir?

Xəbərlər
11.03.2016 / 09:21
Ətraflı oxu