Şimal bölgəsində “Radikallıqla mübarizə: təbliğat, təşviqat və maarifləndirmə” mövzusu müzakirə olunub

Press-relizlər / 11.09.2020 / 17:04

Sentyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılılğı ilə “Radikallıqla mübarizə: təbliğat, təşviqat və maarifləndirmə” adlı video-müşavirə keçirilib. Müşavirədə Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının icra hakimiyyətləri başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbələrinin müdir müavinləri – dini qurumlarla işin təşkilatçıları, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri və şöbənin əməkdaşları iştirak ediblər.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, hazırkı pandemiya dövründə radikallıqla mübarizə sahəsində müəyyən işlər həyata keçirilib. Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov çıxışında qeyd edib ki, Quba rayonunda vətəndaşların, xüsusilə də gənclərin, məktəblilərin xalqımızın milli-mənəvi dəyərlərinə zidd olan yad dini ideologiyaların təsiri altına düşmələrinin qarşısının alınmasının ən mühüm metodlarından biri olan dini maarifləndirmə işinə müntəzəm diqqət yetirilməkdədir.

Digər natiqlər də mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

 


Son baxılan xəbərlər

Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
17.10.2018 / 15:08
Ətraflı oxu

Saatlıda “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

Press-relizlər
03.04.2018 / 14:54
Ətraflı oxu

“Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans keçirilib

Xəbərlər
24.07.2020 / 17:21
Ətraflı oxu

Qobustanda dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib

Press-relizlər
28.12.2017 / 11:23
Ətraflı oxu

“Fitnə” sənədli filmi Laçında nümayiş olunub

Press-relizlər
10.06.2016 / 15:35
Ətraflı oxu

Humanizm zirvəsi

Xəbərlər
21.02.2019 / 09:40
Ətraflı oxu