
Xəbərlər / 11.09.2020 / 10:40
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyevin Ukraynanın “kyivdiplomatic.com/ua” portalında “Azərbaycan - Müsəlman Şərqinin dünyəvi mərkəzidir” adlı məqaləsi ukrayn dilində - "Світський Вузол Мусульманського Сходу” — Азербайджан" dərc edilib.
Ölkəmizin nümunəvi tolerant və birgəyaşayış mühiti, dinə dövlət qayğısı barədə məlumatların geniş yer verildiyi məqalədə qeyd olunur ki, əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir.
Müəllif, eyni zamanda ermənilər tərəfindən işğal edilən torpaqlarımızda dini abidələrimizin dağıdılaraq tanınmaz vəziyyətə salınmasından bəhs edib.
Məqalə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://kyivdiplomatic.com/ua/news/831