Səyyad Salahlı: “Bütün müsəlman dövlətləri Aşura gününü kütləvi qeyd etməkdən çəkinir”

Açıqlama / 27.08.2020 / 10:05

"Bəşəriyyət tarix boyunca koronavirus kimi dəhşətli bəlaya ilk dəfədir düçar olub. Azərbaycanda kütləvi yoluxmanın qarşısını almaq üçün mümkün qədər kütləvi tədbirlərdən uzaq olmalıyıq”.

Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib. Onun sözlərinə görə, karantinlə bağlı yumşalma olan kimi yoluxma sayı artır: “Bu mənada Məhərrəmlik və Aşura kimi ümumdünya müsəlman mərasimləri də təxirə salınmalıdır. Bunu hər bir müsəlman öz evində, ailəsində yad etməlidir. Dünyanın bütün müsəlman dövlətləri Aşura gününü kütləvi qeyd etməkdən çəkinir. Qonşu İranda da Aşura gününün keçirilməsi qadağan edilib. Çünki 20-30 min insanın bir yerə toplaşması virusun həmin ölkədə daha da sürətlə yayılıb yoluxmanın daha da artmasına səbəb ola bilər. Bu, çox aydın həqiqətdir, insanlar bunu dərk etməli və qanunlara tabe olmalıdırlar. Prezident İlham Əliyev də bildirib ki, başlıca məqsəd əhalinin sağlamlığını qorumaqdır. Bu da məsafə saxlamaq, şəxsi gigiyena qaydalarına ciddi əməl etmək və kütləvi tədbirlərdən uzaq olmaqla mümkündür. 

Dəfələrlə deyilməsinə baxmayaraq, insanlar yenə də məsafə saxlamırlar, məsuliyyətsizlik edirlər. Hətta pandemiyaya görə bu il Həcc ziyarəti dayandırılıb. Ölkədəki epidemioloji vəziyyət nəzərə alınmaqla, bu il Azərbaycanda Ramazan və Qurban bayramları ilə əlaqədar məscidlərdə ənənəvi bayram namazları qılınmayıb. Mövcud vəziyyətdə Aşura mərasiminin məscidlərdə qeyd olunmamasında da qeyri-adi səbəb yoxdur. Bu, kütləvi tədbirlərlə əlaqədar bu vaxta qədər verilmiş qərarların məntiqi davamıdır. Bütün möminlər bunu anlayışla və həmrəyliklə qarşılayırlar. Bəzi ölkələr məscidləri açsalar da yoluxma sayının sürətlə artmasını görüb yenidən bağladılar. Bu o demək deyil ki, biz dinimizi sevmirik, dindən ayrı qalırıq. Sadəcə olaraq, insanları qorumaq lazımdır. Hamı deyilən qaydalara mütləq şəkildə əməl etməlidir”.

Son baxılan xəbərlər

"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr
09.10.2018 / 16:05
Ətraflı oxu

Çağdaş azərbaycançılıq ideologiyasının banisi

Xəbərlər
10.05.2022 / 10:18
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
20.07.2017 / 15:03
Ətraflı oxu

Bakıda VI Beynəlxalq Humanitar Forumu işə başlayıb Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış ...

Press-relizlər
25.10.2018 / 14:57
Ətraflı oxu

Oğuz rayonunda növbəti maarifləndirici tədbir baş tutub

Press-relizlər
23.05.2017 / 17:47
Ətraflı oxu

Bərdədə "Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Xəbərlər
23.05.2019 / 15:43
Ətraflı oxu