Dövlət Komitəsinin əməkdaşının Özbəkistan saytlarında məqaləsi dərc edildi

Multikulturalizm / 26.08.2020 / 13:39

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyevin Özbəkistanın “fikr.uz” və “uchildiz.uz” saytlarında "Светский Узел Мусульманского Востока – Азербайджан" (Azərbaycan - Müsəlman Şərqinin dünyəvi mərkəzi) adlı məqaləsi dərc edilib. Məqalədə ölkəmizin nümunəvi tolerant və birgəyaşayış mühiti, dinə dövlət qayğısı barədə məlumatlara geniş yer verilib.

Məqalədə qeyd olunur ki, əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır.

Müəllif, eyni zamanda ermənilər tərəfindən işğal edilən torpaqlarımızda dini abidələrimizin dağıdılaraq tanınmaz vəziyyətə salınmasından bəhs edib. Həmçinin məqalədə Azərbaycan və Özbəkistan arasında dini və mənəvi sahədə uğurlu əməkdaşlıq barədə məlumatlar diqqətə çatdırılıb.

Məqalə ilə daha ətraflı aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:

http://fikr.uz/blog/ziyonet_simpozium/svetskij-uzel-musulmanskogo-vostoka--azerbajdzhan.html?fbclid=IwAR27V3khKp1lyTjETPkmQnC4vwyMaVu9y-WLh8Q7wEKgpK979AL5M8ho7U0

http://uchildiz.uz/светский-узел-мусульманского-восток/?fbclid=IwAR0Nu1JsqmP9q45u1dWx57Obl34daZR0H6yyUr1xzZWgSeG0I-v6X5Gzv5M


Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
29.07.2021 / 12:30
Ətraflı oxu

Bakıda “Dini təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.06.2018 / 18:01
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Türkiyənin ölkəmizəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Xəbərlər
03.08.2021 / 15:58
Ətraflı oxu

Bakıda “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
05.03.2019 / 17:45
Ətraflı oxu

Dini sahədə dövlət siyasəti: reallıqlar və hədəflər

Xəbərlər
11.11.2021 / 16:21
Ətraflı oxu

Gədəbəydə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans işini panel formatında ...

Press-relizlər
22.06.2018 / 18:05
Ətraflı oxu