Həyatımızı təhlükəyə atmayaq

Xəbərlər / 20.08.2020 / 17:15

«Pandemiya dövrü ilə əlaqədar bütün dünyada olduğu kimi Azərbaycanda da kütləvi tədbirlər qadağan olunub, insanların bir yerə toplaşmasını tənzimləyən xüsusi qaydalar tətbiq olunub. Ümumdünya Səhiyyə Təşkilatı, ölkə başçıları, ekspertlər, aidiyyəti qurumlar dəfələrlə bir yerə toplaşmağın, sıxlıq yaratmağın, izdiham yaradacaq mərasimlərin insanların sağlamlıqları üçün təhlükə yaradacağını bildiriblər.»

Bu fikirləri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Rəhim Rəhimli “İki sahil” qəzetinə açıqlamasında bildirdi.

Onun sözlərinə görə, Məhərrəm ayı və Aşura bu il koronavirusla bağlı yaranmış təhlükəli və riskli şəraitə təsadüf edir. Azərbaycan dövlətinin üzərinə əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi kimi mühüm vəzifə düşür: «Bu ilin əvvəlindən yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası bütün dünya üçün ciddi sınağa çevrilərək bəşəriyyətin bir nömrəli problemi olmaqda davam edir. Təbii ki, bütün dünyanı bürüyən öldürücü virus ölkəmizdən də yan keçmədi. Pandemiya başlamazdan öncə Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə çox ciddi tədbirlər görüldü. Dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin, eyni zamanda, prosesin gedişatında qəbul edilən qərarların mərkəzində Azərbaycan vətəndaşının sağlamlığı və təhlükəsizliyi kimi ali məqsədin dayandığının şahidi olduq. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus epidemiyasının ölkədə yayılması ilə bağlı Azərbaycan xalqına çağırışları, məhz onun təşəbbüsü ilə xalq arasında xeyirxahlıq və ümid fondu kimi tanınan Heydər Əliyev Fondu tərəfindən karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə yardım məqsədi daşıyan aksiya çərçivəsində 100 mindən artıq sovqatın paylanılması, eləcə də xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyalarının təşkili və digər xeyirxah fəaliyyətləri xüsusilə qeyd edilməlidir.»

Rəhim Rəhimli çatdırdı ki, təsadüfi deyil ki, dünyanın hər yerində bu və ya digər formada təcridolunma tədbirlərinin görülməsi nəticəsində Həcc ziyarətinin, həmçinin diğər dinlərin müqəddəs ayinlərinin müvəqqəti dayandırılması hər bir inanclı insanı narahat edir. Amma unutmamalıyıq ki, yaradılmışların əşrəfi sayılan insan həyatının qorunması məqsədi daşıyan və məcburi olaraq atılan bu addımların yeganə qayəsi vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasıdır: “Gəlin daha işıqlı gələcək naminə özümüzü qoruyaq. Qoruyaq ki, ailəmizi, cəmiyyətimizi, Azərbaycanımızı qorumuş olaq, təhlükəyə atmayaq...Axı bu, o qədər çətin deyil.”

Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Şabranda vətəndaşları qəbul edib

Press-relizlər
27.05.2022 / 16:14
Ətraflı oxu

Gəncədə dini radikalizm mövzusu müzakirə edilib

Press-relizlər
03.03.2022 / 16:21
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: "Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə beynəlxalq tədbirlər keçirəcək"

Press-relizlər
15.01.2020 / 12:05
Ətraflı oxu

Hacıqabulda maarifləndirici tədbir təşkil olunub

Press-relizlər
11.10.2017 / 12:05
Ətraflı oxu

Qubada “Dini radikalizmin qarşısının alınmasında ənənəvi islami dəyərlərin rolu" mövzusunda tədbiri keçirilib

Press-relizlər
10.12.2016 / 11:46
Ətraflı oxu

Dövlət Komitəsinin dəstəyi ilə Zaqatala və Qax rayonlarında iftar süfrələri təşkil edilib

Press-relizlər
16.07.2015 / 10:00
Ətraflı oxu