Lənkəranda Milli Qurtuluş Gününə həsr edilmiş videokonfrans keçirilib

Press-relizlər / 16.06.2020 / 14:38

İyunun 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr edilmiş videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak edib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov məruzə ilə çıxış edərək Milli Qurtuluş Günü ilə bağlı ətraflı məlumat veriblər. Natiqlər 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycanın dağılmaq və məhv olmaq təhlükəsindən xilas olduğunu qeyd ediblər.

Dini icma sədrləri və din xadimləri çıxışlarında Heydər Əliyevin hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazandığını vurğulayıblar.

 


Son baxılan xəbərlər

26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş onlayn regional konfrans keçirilib

Press-relizlər
25.06.2021 / 16:36
Ətraflı oxu

Göyçayda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.01.2022 / 15:56
Ətraflı oxu

Masallıda “Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.11.2016 / 14:38
Ətraflı oxu

İslam dünyasının birliyinə xidmət edən uğurlu diplomatiya

İSLAM HƏMRƏYLİYİ İLİ
31.07.2017 / 16:54
Ətraflı oxu

“Open doors” (Açıq qapılar) gözlərini açsa daha yaxşı olar”

Bəyanat
19.01.2013 / 15:51
Ətraflı oxu

Ucarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib

Xəbərlər
22.02.2019 / 16:04
Ətraflı oxu