Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: Koronavirusla mübarizədə hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür

Açıqlama / 21.03.2020 / 10:10

Koronavirusa qarşı Azərbaycanda məqsədyönlü mübarizə aparılır, bununla bağlı Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb.

Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, qərargahın təlimatına uyğun olaraq kütləvi tədbirlər dayandırılıb: “Ona görə də Azərbaycanda dinə aid olan məbədlərdə, ziyarətgahlarda, məscidlərdə, kilsələrdə, sinaqoqlarda kütləvi toplaşma ilə bağlı məsələlərə baxılıb və dini ayinlər dayandırılıb. Bununla da insanların kütləvi şəkildə dini ayinlərə toplanması aradan qaldırılıb. Bu qayda Operativ Qərargahın kütləvi tədbirlərin keçirilməsi ilə bağlı növbəti müvafiq qərarına qədər davam edəcək”.

Komitə sədri vurğulayıb ki, koronavirusla bağlı mübarizədə hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür: “Hesab edirəm ki, burada vətəndaş məsuliyyəti çox mühüm rol oynayır. Çünki bu virusa qarşı mübarizə ümummilli, dövlət təhlükəsizliyi ilə bağlı olan məsələdir. Burada hər bir Azərbaycan vətəndaşı bu məsuliyyəti üzərində hiss etməlidir, Operativ Qərargahın verdiyi qərar və tövsiyələrə tam şəkildə əməl etməlidir və bizim vətəndaşlarımız burada milli birlik, milli həmrəylik və dövlətçilik məsələlərində tam birlik nümayiş etdirməlidir.

Bu gün möhtərəm Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbriki zamanı söylədiyi fikirlər, Prezidentin apardığı siyasət xalq tərəfindən yüsək dərəcədə dəstəklənir. Ona görə də koronavirusa qarşı aparılan mübarizədə birgə olmalıyıq, tələbləri və tövsiyələri yerinə yetirməliyik. Bununla bağlı dövlət çox ciddi addımlar atıb, vəsait ayrılıb. Elə bu gün cənab Prezidentin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və mübarizəyə əlavə 20 milyon manat vəsait ayrıldı. Görülən bu tədbirlər koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınmasında mühüm rol oynayır”.

Son baxılan xəbərlər

Zaqatalada 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş videokonfrans keçirilib

Press-relizlər
27.01.2021 / 17:31
Ətraflı oxu

Din xadimlərinin iştirakı ilə onlayn formatda tədbir keçirilib

Press-relizlər
15.07.2021 / 17:02
Ətraflı oxu

Prezident İlham Əliyev “Göyçay” Su Elektrik Stansiyasının açılışında iştirak edib

Xəbərlər
07.10.2015 / 16:40
Ətraflı oxu

Qaxda “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunada seminar - müşavirə keçirilib

Press-relizlər
12.10.2017 / 18:02
Ətraflı oxu

Səyavuş Heydərov: "Din siyasiləşəndə çox təhlükəli silaha çevrilir"

Xəbərlər
01.10.2019 / 11:05
Ətraflı oxu

Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
12.05.2017 / 17:03
Ətraflı oxu