Xızıda “Narkomaniyanın fərdi və ictimai təhlükələri” mövzusunda tədbir keçirilib

Press-relizlər / 28.02.2020 / 16:14

Fevralın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin və Xızı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Narkomaniyanın fərdi və ictimai təhlükələri" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov, Xızı Rayon Polis Şöbəsinin rəisi Faiq Hüseynov, Xızı Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Vaqif Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlarda narkomaniya ilə bağlı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verilib. Narkomaniya və onun fəsadlarından söhbət açılıb, yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən tədbirlərdən danışılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Qubada Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib

Xəbərlər
25.02.2021 / 11:52
Ətraflı oxu

Kürdəmirdə gənclərlə görüş keçirilib

Press-relizlər
23.11.2016 / 15:15
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Rumıniyanın dini məsələlər üzrə dövlət katibi ilə görüşüb

Press-relizlər
11.05.2018 / 16:36
Ətraflı oxu

Tovuzda keçirilən ikigünlük seminar-müşavirə öz işinə başlayıb

Press-relizlər
04.10.2018 / 16:14
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
26.11.2019 / 14:48
Ətraflı oxu

Hacıqabulda keçirilən regional konfrans işini panel formatında davam etdirib

Press-relizlər
28.02.2019 / 15:27
Ətraflı oxu