
Press-relizlər / 26.02.2020 / 13:35
Fevralın 26-da respublikamızın bölgələrində Xocalı soyqırımının qurbanları yad edilib. Sumqayıt şəhərində keçirilən anım tədibirində Sumqayıt şəhər Molokan xristian dini icması, Sumqayıt şəhər Baptist dini icmasının sədrləri, üzvləri, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin məsul əməkdaşı Ülvi Məmmədov iştirak ediblər.
Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə Lənkəran, Astara və Lerik rayonlarında da anım tədbirləri keçirilib. Anım mərasimlərində DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, dini icma sədrləri, din xadimləri iştirak ediblər.
Keçirilən tədbirlərdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib. Bildirilib ki, bu faciə bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır.