Dövlət Komitəsi koronavirus təhlükəsi ilə bağlı İranda dini yerlərə ziyarət təşkil edənlərə tövsiyələr verib

Açıqlama / 21.02.2020 / 17:57

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi İranda koronavirus təhlükəsi ilə bağlı turizm şirkətlərinə tövsiyələr verib.

Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, yalnız Həcc ziyarəti  Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında həyata keçirilir: “Digər müqəddəs yerlərə ziyarətlər turizm şirkətləri tərəfindən təşkil olunur. İran, İraq, Yaxın Şərqdəki müqəddəs dini yerlərə ziyarətlər təşkil edən şirkətlərə tövsiyə etmişik ki, indiki şəraitdə koronavirus təhlükəsini nəzərə alsınlar, həmin yerlərə turist aparılması məsələsinə diqqətlə yanaşsınlar. Bu təhlükəni nəzərə alaraq turist ziyarətlərinin təşkilinə müvəqqəti də olsa, müəyyən məhdudiyyət həyata keçirsinlər".

Komitə sədri qeyd edib ki, hüquqi baxımdan həmin turizm şirkətləri müstəqil fəaliyyət göstərirlər: "Bu şirkətlər yalnız dini ziyarət yerlərinə deyil, digər turistlik yerlərə də turist aparırlar. Ona görə də qanunvericilik baxımından həmin şirkətlərə hər hansı formada qadağa qoymağımız mümkün deyil. Amma bu məsələ ilə bağlı turizm şirkətlərinə tövsiyələr verilib. Turizm şirkətlərininn nümayəndələrini qəbul etmişik və izahat işi aparmışıq. Əminəm ki, vətəndaşlarımız da koronavirus təhlükəsini nəzərə alaraq, gediş-gəlişlə bağlı məsələlərdə daha həssas olacaqlar. Bununla bağlı Səhiyyə Nazirliyinin və bütövlükdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi tövsiyələrə əməl edəcəklər”.

Son baxılan xəbərlər

Multikulturalizm Azərbaycan xalqının mədəniyyətinin cövhəridir

Multikulturalizm
23.05.2016 / 11:12
Ətraflı oxu

Bərdədə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
20.12.2018 / 16:06
Ətraflı oxu

Göyçayda “Dini radikalizmə qarşı mübarizə" mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər
07.02.2020 / 17:33
Ətraflı oxu

Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri “Jewish Journal” nəşrində işıqlandırılıb

Press-relizlər
07.06.2018 / 09:25
Ətraflı oxu

Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir

Press-relizlər
17.09.2018 / 16:33
Ətraflı oxu

Sumqayıtda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
04.09.2019 / 16:14
Ətraflı oxu