Press-relizlər / 21.02.2020 / 15:14
Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Yevlax Şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir” mövzusunda marifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Fərid Vaqifli, Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Hümbət Əhmədov, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev, şəhid ailələrinin üzvləri, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, erməni vandallarının Xocalını hədəfə almaqda məqsədi Qarabağda strateji əhəmiyyətli maneəni aradan qaldırmaqla yanaşı Xocalını yer üzündən birdəfəlik silmək idi. Bildirilib ki, erməni işğalından sonra bütün maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsi ilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsidir.
Tədbirdə çıxış edən Xocalıdan olan məcburi köçkünlər həmin dəhşətli gecədə erməni vandallarının xocalılıların başına gətirdiyi müsibətlərdən, qoca, qadın, uşaq demədən öldürülən insanlardan danışıblar.