Masallıda "Dini radikalizmlə mübarizədə ictimaiyyətin rolu" mövzusunda seminar-treninq keçirilib

Press-relizlər / 20.02.2020 / 13:53

Fevralın 20-də Masallı rayonu Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə ictimaiyyətin rolu” mövzusunda seminar-treninq keçirilib.

Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrail Tağıyev, Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin direktoru Mənijə Yəhyayeva, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda bildirilib ki, dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi önəmin nəticəsi olaraq hazırda ölkəmizdə dini radikalizm meyilləri xeyli azalıb. Lakin dini radikalizm və ekstremizm bu gün də vətəndaş cəmiyyəti, hüquqi, demokratik dövlət üçün təhlükə mənbəyi hesab edilir. Vurğulanıb ki, bununla bağlı gənclər arasında maarifləndirmə işlərinin gücləndirilməsi vacib məsələdir və gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur. Tədbirdə eyni zamanda, radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə ictimaiyyətin rolunun əhəmiyyətindən bəhs olunub.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
11.02.2019 / 17:46
Ətraflı oxu

Şəkidə din xadimi olmaq istəyən namizədlərlə görüş keçirilib

Press-relizlər
01.11.2022 / 16:49
Ətraflı oxu

İsmayıllıda keçirilən üçgünlük regional konfrans işini yekunlaşdırıb

Xəbərlər
18.05.2023 / 15:35
Ətraflı oxu

Masallıda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
20.09.2019 / 11:15
Ətraflı oxu

Bərdədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Heydər Əliyev İli
24.05.2023 / 14:28
Ətraflı oxu

Zaqatalada “Milli dövlətçiliyimizin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
24.01.2023 / 15:09
Ətraflı oxu