Cəlilabadda "Narkomaniyanın mənəvi və fiziki zərərləri" mövzusu müzakirə edilib

Press-relizlər / 19.02.2020 / 17:05

Fevralın 19-da Cəlilabad şəhəri 2 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Cəlilabad Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Narkomaniyanın mənəvi və fiziki zərərləri"  mövzusunda seminar-treninq keçirilib.

Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tural Şahmarov, Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev, Cəlilabad şəhər 2 saylı tam orta məktəbin direktoru Səyyad Bağırov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, millətin sağlam həyat tərzi üçün təhlükənin yaranması narkotik maddələrin qəbulu və narkomaniyanın yayılmasıdır. Qeyd edilib ki, narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki, mənəvi və psixoloji cəhətdən məhv olur. Bildirilib ki, hazırda dünyada 2 milyondan artıq narkotik aludəçisi var ki, onların da çoxunu gənclər təşkil edir.

Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Saatlıda “İslam həmrəyliyi radikalizmə və ekstremizmə qarşıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.02.2018 / 14:30
Ətraflı oxu

Azərbaycanla Özbəkistan arasında dini sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Press-relizlər
04.05.2021 / 16:45
Ətraflı oxu

Sumqayıt şəhərində Xocalı soyqırımının qurbanları yad edilib

Press-relizlər
24.02.2020 / 12:32
Ətraflı oxu

“Dini radikalizmlə mübarizə: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.11.2018 / 15:21
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlərimizin qorunması uğurlu gələcəyimizin zəmanətidir” adlı tədbir keçirilib

Press-relizlər
08.05.2018 / 17:53
Ətraflı oxu

Zaqatalada “Qarabağdakı əsir abidələrimiz” mövzusunda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
23.11.2017 / 16:25
Ətraflı oxu