Ağdaşda “Könüllülük öz xalqına və dövlətinə xidmətdir” mövzusu müzakirə edilib

Press-relizlər / 19.02.2020 / 15:17

Fevralın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Ağdaş Rayon İcra Hakimiyyəti və Ağdaş Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində, “Könüllülük öz xalqına və dövlətinə xidmətdir” mövzusunda marifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin  əməkdaşı Sahib Hacıyev Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Ağdaş Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və gənc könüllülər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev ölkəmizdə hər zaman dövlətimiz tərəfindən gənclər siyasətinə diqqət və qayğı göstərildiyini və bunun bariz nümunəsi olaraq 2020-ci ilin “Könüllülər ili” elan edildiyini bildirib.

Çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən və Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra respublikamızda gənclər siyasətinin əsasının qoyulduğunu və bu istiqamətdə bir sıra vacib qərarların qəbul edildiyini bildirib. Natiq Əfəndiyev ilk könüllülük hərəkatının da məhz həmin zamanlarda formalaşdığını qeyd edərək, bu gün həmin hərəkatın ölkəmizdə bir məktəbə çevrildiyini vurğulayıb. Natiq Əfəndiyev bu gün könüllük ideyalarının bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrildiyini, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə etdiyini və gənclərimizin həyat tərzinə çevrildiyini qeyd edib.

Ağdaş  rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi dəyərlərinə hər zaman bağlı bir xalq olduğunu və bu milli-mənəvi dəyərlərimizin bu gün qorunub saxlanılmasında gənclərin rolunu qeyd edib.

Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Sahib Hacıyev xalqımızın əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmannasız kömək ənənələrini yaşatdığını bildirib. Sahib Hacıyev son illərdə ölkəmizdə “Asan Xidmət”, “Regional İnkişaf İctimai Birliyi” və digər könüllü hərəkatlarının yarandığını, mərkəzi və yerli icra hakimiyyətləri orqanlarında on minlərlə gənci birləşdirən könüllü quruplarının formalaşdığını qeyd edib. Sahib Hacıyev DQİDK-da da bir qrup könüllü gənclərin fəaliyyət göstərdiyini vurğulayıb. 

Tədbirdə çıxış edən Ağdaş Rayonu İcra Hakimiyyətinin könüllüləri gənclərin inkişafına göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına öz təşəkkürlərini bildiriblər.

Gənc könüllülərlə əlaqədar qısa videoçarxın nümayiş etdirildiyi tədbir sonda iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.


Son baxılan xəbərlər

Ucarda "Heydər Əliyev -Müasir Azərbaycanın memarı və qurucusu" mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
22.02.2023 / 15:37
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər edib

Xəbərlər
01.06.2023 / 11:38
Ətraflı oxu

Qusarda “Dünyəvi dövlətdə dini maarifçilik işinin təşkili” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.11.2022 / 12:00
Ətraflı oxu

Xaçmazda yerləşən N saylı hərbi hissədə dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
19.09.2023 / 16:32
Ətraflı oxu

Cəlilabadda “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.03.2018 / 15:40
Ətraflı oxu

Mingəçevirdə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
07.05.2019 / 16:21
Ətraflı oxu