
Press-relizlər / 14.02.2020 / 16:50
Fevralın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Saatlı rayonu Qara Nuru kəndi “Fatimeyi-Zəhra” məscidində “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayonu Qara Nuru kəndi “Fatimeyi-Zəhra” məscidi dini icmasının sədri Mahir Abıyev, dini icma üzvləri, dindarlar, kənd ziyalıları və gənclər iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, dini radikalizmlə mübarizədə dini maarifləndirmə sahəsinə xüsusi diqqət ayrılmalı, gənclərin dini radikal qrupların təsiri altına düşmələrinin qarşısını almaq üçün din onlara düzgün şəkildə çatdırılmalıdır. Dini radikal və ekstremist qrupların təbliğat və yayılma metodları haqqında məlumat verilib, dini radikalizm və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan islami dəyərlərin təbliğinin rolu diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.