“Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 14.02.2020 / 16:50

Fevralın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Saatlı rayonu Qara Nuru kəndi “Fatimeyi-Zəhra” məscidində “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayonu  Qara Nuru kəndi “Fatimeyi-Zəhra” məscidi dini icmasının sədri Mahir Abıyev,  dini icma üzvləri,  dindarlar, kənd ziyalıları  və gənclər iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, dini radikalizmlə mübarizədə dini maarifləndirmə sahəsinə xüsusi diqqət ayrılmalı, gənclərin dini radikal qrupların təsiri altına düşmələrinin qarşısını almaq üçün din onlara düzgün şəkildə çatdırılmalıdır. Dini radikal və ekstremist qrupların təbliğat və yayılma metodları haqqında məlumat verilib, dini radikalizm və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan islami dəyərlərin təbliğinin rolu diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb.

Son baxılan xəbərlər

Zərdabda “İslam sülh və həmrəylik dinidir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

Press-relizlər
01.11.2017 / 17:18
Ətraflı oxu

Dövlət müşaviri Rus Pravoslav Kilsəsinin arxiyepiskopu ilə görüşmüşdür

Xəbərlər
13.08.2014 / 18:25
Ətraflı oxu

Bölgələrdə “28 May-Müstəqillik Günü” münasibətilə tədbirlər keçirilib

Xəbərlər
26.05.2022 / 11:07
Ətraflı oxu

Şəmkirdə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
15.02.2022 / 15:25
Ətraflı oxu

Bakıda “Uşaq və yeniyetmələrin mənəvi inkişafı və dini dəyərlərimiz” mövzusunda konfrans keçirilib

Press-relizlər
15.10.2019 / 17:36
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: “Senat bu addımı ilə Fransanın özünə xələl gətirən hərəkətə yol ...

Press-relizlər
26.11.2020 / 17:44
Ətraflı oxu