
Press-relizlər / 07.02.2020 / 17:33
Fevralın 7-də Göyçay rayon Çərəkə kənd 2 saylı tam orta məktəbdə Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizə" mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib.
Tədbirdə RİH başçısı Aparatının əməkdaşı Eldəniz Məmmədov, Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov və Fərid Əliyev, QMİ-nin səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, məktəbin direktoru Xuraman Məcidova, rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Əli Əsgərov, rayon Təhsil şöbəsinin əməkdaşları, yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı təsirdən geniş bəhs olunub. Cəmiyyətdə əmin-amanlığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə qruplaşmaların qurbanlarının əsasən gənclər olduğu vurğulanıb. Tədbir diskussiya şəklində davam etdirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.