Şamaxıda din xadimləri narkomanlığa qarşı mübarizə mövzusunu müzakirə ediblər

Xəbərlər / 27.01.2020 / 15:39

Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Şamaxı şəhər “Cümə” məscidində “Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Elnur Mehdiyev, Qobustan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Mərəhmət Mustafayev, Elşən Rüstəmov, Şamaxı və Qobustan rayonlarına daxil olan məscidlərin icma sədrləri, imam və mütəvəlliləri iştirak ediblər.

Çıxışlar zamanı cəmiyyətdə zərərli vərdişlərin, o cümlədən narkomaniyanın törətdiyi fəsadlardan, bu zərərli vərdişlərə qarşı dini icmaların və din xadimlərinin mübarizə üsullarından danışılıb. Qeyd edilib ki, zərərli vərdişlərlə mübarizədə ictimai qınağın böyük önəmi var və bu işdə din xadimlərinin üzərinə daha çox məsuliyyət düşür.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Radikalizmə qarşı mübarizədə təhsilin rolu böyükdür

Press-relizlər
16.05.2018 / 14:32
Ətraflı oxu

Lerikdə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
16.05.2017 / 17:46
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

Dövlət Komitəsində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
19.01.2016 / 14:52
Ətraflı oxu

Rusiyada “Dinlərarası sülhü əldə etmək yolları: din xadimlərinin, diplomatların və ictimai xadimlərin rolu” mövzusunda ...

Press-relizlər
27.03.2019 / 16:33
Ətraflı oxu

“Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
12.09.2018 / 11:38
Ətraflı oxu