Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 14.01.2020 / 16:43

Yanvarın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayon Əliabad qəsəbə 4 №-li tam orta məktəbində “Milli-mənəvi dəyərlərin gənclərin vətənpərvər şəxsiyyət olaraq formalaşmasındakı rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, şöbənin əməkdaşı Vüqar Məmmədov, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Zaqatala Rayon Təhsil Şöbəsinin metodisti İlkin Məmmədov, Əliabad qəsəbə 4 №-li tam orta məktəbin direktoru Şahid Madayev,  müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.

Çıxışlar zamanı  keçirilən maarifləndirmə tədbirinin əhəmiyyəti qeyd edilərək bildirilib ki, gənclərin layiqli,  vətənpərvər şəxsiyyət olaraq formalaşması üçün onların  xalqımızın zəngin milli-mənəvi dəyərlərinə bağlı olması və elmə, təhsilə yiyələnmələri vacibdir. Tədbirdə, həmçinin dini radikal qrupların və qeyri-ənənəvi dini təriqətlərin məqsədli fəaliyyəti və dini fanatizmin, radikalizmin, ekstremizmin yaratdığı fəsadlar haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin öyrənilməsi, qorunub saxlanılması və yaşadılması cəmiyyətimiz üçün zərərli olan dini radikalizmin və qeyri-ənənəvi dini təriqətlərin təbliğatına qarşı ən effektiv mübarizə üsuludur.

Sonda  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, maarifləndirici ədəbiyyat paylanılıb.

 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Press-relizlər
01.02.2023 / 15:40
Ətraflı oxu

Sabirabadda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.11.2019 / 14:43
Ətraflı oxu

Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir

Press-relizlər
15.11.2018 / 18:09
Ətraflı oxu

“Narkomaniyaya yox deyək” adlı onlayn tədbir keçirilib

Xəbərlər
27.07.2021 / 13:56
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
03.03.2017 / 10:07
Ətraflı oxu

Goranboyda “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
01.02.2023 / 16:24
Ətraflı oxu