Press-relizlər / 12.12.2019 / 17:15
Dekabrın 12-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Astara rayonu Lovayın kənd məscidində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Turan Həsənzadə, Emin Həmidli, Kijəbə qəsəbə məscidi dini icmasının sədri Ələkbər İsayev, Lovayın kənd məscidinin imamı Nurəddin Mərufov, Astara Rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sədail Qasımov, qəsəbə bələdiyyəsinin sədri Ağadadaş Qənbərov və dindarlar iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib və ruhuna dualar oxunub.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti və zəngin irsi haqqında ətraflı məlumat veriblər. Milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsində Ümummilli Liderin misilsiz xidmətləri diqqətə çatdırılıb. Heydər Əliyevin xilaskarlıq missiyası ilə, xalqımız qarşısındakı əvəzolunmaz və tarixi xidmətləri ilə hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazandığı vurğulanıb.