Sabirabadda “Mənəvi dəyərlərimizin qorunması və təbliği” mövzusunda tədbir təşkil olunub

Press-relizlər / 09.12.2019 / 15:13

Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçlığı ilə “Mənəvi dəyərlərimizin qorunması və təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.

Çıxışlar zamanı İslam dininin olduğu kimi çatdırılmasında din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyü nəzərə çatdırılıb, ölkəmizdə müxtəlif dinlərə mənsub olan şəxslərin qarşılıqlı hörmət və dözümlülük ruhunda dini ayin və ibadətlərini yerinə yetirdiyi vurğulanıb. Milli-mənəvi dəyərlərimizin bir hissəsi olan dinimizin, dilimizin qorunmasında icmaların rolunu xüsusi qeyd edilib. Bildirilib ki, bu dəyərlərin qorunması, inkişafı və gənclər arasında təbliği istiqamətində hər kəs, o cümlədən din xadimləri fəal olmalıdır.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Ucarda maarifləndirici tədbir keçirilib

Xəbərlər
19.08.2022 / 12:09
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin birinci müavini Neftçalada vətəndaşları qəbul edib

Press-relizlər
23.01.2020 / 15:24
Ətraflı oxu

Din xadimləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Press-relizlər
19.11.2019 / 15:28
Ətraflı oxu

Goranboyda “Vətən uğrunda şəhadət ən ali məqamdır” mövzusunda tədbir keçirilib

Xəbərlər
26.09.2022 / 16:56
Ətraflı oxu

Prezident İlham Əliyev Sabunçu rayonunda tikilmiş yeni yaşayış binasının açılışında iştirak edib

Arxiv
25.11.2016 / 11:13
Ətraflı oxu

“İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı alman dilində nəşr olunub

Kitablar
09.08.2018 / 16:16
Ətraflı oxu