Masallıda “Dini radikalizm və onunla mübarizə yolları” mövzusu müzakirə olunub

Press-relizlər / 28.11.2019 / 14:49

Noyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon Polis Şöbəsinin (RPŞ)  birgə təşkilatçılığı ilə Məhəmməd Qarayev adına Masallı rayon Sığıncaq kənd tam orta məktəbində “Dini radikalizm və onunla mübarizə yolları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı RPŞ-nin rəisi, polis polkovniki Habil Əmiraslanov, Masallı Rayon İcra Hakimiyyəti başçısının Təklə ərazi inzibati dairəsi üzrə nümayəndəsi Oktay Tağıyev, Sığıncaq kənd tam orta məktəbinin direktoru Əhliman Əliyev, valideynlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verilərək bu cür halların yaranma səbəbləri və təbliğatına qarşı mübarizə yollarından geniş bəhs edilib. Vurğulanıb ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. Tədbirdə həmçinin şəhidlik, Vətən anlayışı, dinimizin  Vətən uğrunda mübarizəyə verdiyi dəyərlər barədə danışılıb.

Tədbir iştirakçıların təklif, sual və müraciətləri ilə qarşılıqlı diskussiya şəraitində keçirilib.


Son baxılan xəbərlər

Cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
15.12.2017 / 11:46
Ətraflı oxu

Dövlət Komitəsinin sədri xarici jurnalistlərlə görüşüb

Press-relizlər
28.11.2022 / 16:27
Ətraflı oxu

Yardımlıda “Gəncləri dini radikalizim və ekstremizimdən qoruyaq” mövzusu müzakirə edilib

Press-relizlər
10.02.2022 / 17:24
Ətraflı oxu

Mübariz Qurbanlı Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirib

Açıqlama
27.11.2014 / 11:19
Ətraflı oxu

Pirəkəşküldə yerləşən hərbi hissədə “İslamda insan həyatının dəyəri” mövzusu müzakirə olunub

Press-relizlər
18.07.2022 / 16:57
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
13.02.2018 / 17:35
Ətraflı oxu