Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 26.11.2019 / 14:46

Noyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Şəki şəhər Mirzə Fətəli Axundov adına 2 saylı tam orta məktəbində şagird və müəllimlərin iştirakı ilə “Narkomaniya, erkən nikah, dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Yusif Yusifli və Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol polis bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftəliyev, eləcə də məktəbin direktoru Tamella Mustafayeva iştirak ediblər.

Çıxış edənlər gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və digər bu kimi zərərli vərdişlərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələr barədə danışıblar. Dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar haqqında geniş məlumat verilib, radikallığın, zərərli vərdişlərin İslam dinində qəbul edilmədiyi vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  


Son baxılan xəbərlər

Din xadimləri və gənclər “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunu müzakirə ediblər

Xəbərlər
07.09.2021 / 16:19
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
20.07.2018 / 12:38
Ətraflı oxu

Sentyabrın 20-də Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilib

Press-relizlər
20.09.2018 / 12:10
Ətraflı oxu

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ...

Xəbərlər
27.09.2022 / 18:12
Ətraflı oxu

Prezident İlham Əliyev: “Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq”

Xəbərlər
13.05.2021 / 11:41
Ətraflı oxu

2015-ci il üçün Ramazan ayının təqvimi

Xəbərlər
11.06.2015 / 16:37
Ətraflı oxu