Lənkəranda “N” saylı hərbi hissədə tədbir keçirilib

Press-relizlər / 21.11.2019 / 17:38

Noyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə təşkilatçılığı ilə DSX-nin Lənkəran şəhərindəki “N” saylı hərbi hissəsində “Dünyəvi dövlətdə din və ideoloji təhlükəsizlik məsələləri”  mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, DSX-nin nümayəndəsi, polkovnik-leytenant Bəhruz Qasımov, "N" saylı hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Tural Kərimli, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.

Çıxışlar zamanı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri, habelə milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan tolerant və multikultural dəyərlərdən bəhs edilib. Gənclərin radikal dini təsirlərdən və yad ideologiyalardan qorunmasının vacibliyi qeyd edilərək onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunmasının zəruriliyi diqqətə çatdırılıb.

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş edilib.


Son baxılan xəbərlər

Beyləqanda “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
20.08.2019 / 17:01
Ətraflı oxu

“Qafqaz Albaniyası: tarix, din və memarlıq” adlı beynəlxalq elmi konfrans keçirilib

Xəbərlər
26.05.2021 / 17:50
Ətraflı oxu

Sumqayıtda “Milli-mənəvi dəyərlərimiz bizi birləşdirir” mövzusunda tədbir keçirilib

Press-relizlər
11.01.2018 / 15:43
Ətraflı oxu

Yevlaxda "Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
22.08.2019 / 12:46
Ətraflı oxu

“Həmrəylik – dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

Press-relizlər
09.01.2018 / 11:47
Ətraflı oxu

Dövlət Komitəsi: Ermənilərin tarixi-mədəni abidələrimizi dağıtması bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür

Xəbərlər
07.10.2020 / 12:47
Ətraflı oxu