Lənkəranda “N” saylı hərbi hissədə tədbir keçirilib

Press-relizlər / 21.11.2019 / 17:38

Noyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə təşkilatçılığı ilə DSX-nin Lənkəran şəhərindəki “N” saylı hərbi hissəsində “Dünyəvi dövlətdə din və ideoloji təhlükəsizlik məsələləri”  mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, DSX-nin nümayəndəsi, polkovnik-leytenant Bəhruz Qasımov, "N" saylı hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Tural Kərimli, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.

Çıxışlar zamanı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri, habelə milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan tolerant və multikultural dəyərlərdən bəhs edilib. Gənclərin radikal dini təsirlərdən və yad ideologiyalardan qorunmasının vacibliyi qeyd edilərək onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunmasının zəruriliyi diqqətə çatdırılıb.

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş edilib.


Son baxılan xəbərlər

“Yelizavetpol quberniyasının udin kəndləri: biz nə bilirik” mövzusunda mühazirə təşkil olunub

Multikulturalizm
15.11.2016 / 15:28
Ətraflı oxu

Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı ilə əlaqədar nekroloq imzalanıb

Xəbərlər
11.06.2021 / 15:16
Ətraflı oxu

Prezident İlham Əliyev: “Şuşada yerləşən məscidlərimiz də əsaslı şəkildə təmir edilməli və onların öz ...

Xəbərlər
05.01.2021 / 17:06
Ətraflı oxu

Səyavuş Heydərov: Dini təhlükəsizlik milli təhlükəsizliyimizin başlıca tərkib hissəsidir

Açıqlama
09.04.2018 / 11:33
Ətraflı oxu

Şəkidə “İslam həmrəyliyinin Azərbaycanda və dünyada inkişafının əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.04.2017 / 12:37
Ətraflı oxu

Kürdəmirdə dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib

Press-relizlər
29.08.2019 / 15:37
Ətraflı oxu