
Press-relizlər / 19.11.2019 / 15:28
Azərbaycanda fəaliyyət göstərən İslam və qeyri-islam dini icmalarının rəhbərləri və üzvləri 16 noyabr-Beynəlxalq Tolerantlıq Günü münasibətilə noyabrın 19-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən din xadimləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.