Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə olunub

Xəbərlər / 18.11.2019 / 16:00

Noyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib.

Təşkilatçı qurumların rəhbər şəxsləri, məktəb direktorları, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gənclərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov rayondakı mövcud dini durum barədə məlumat verib. O bildirib ki, rayon ərazisində müxtəlif konfessiyaların nümayəndələri dinc və mehriban şəraitdə birgə yaşayırlar.

DQİDK sədrinin müavini Gündüz İsmayılov müasir dünya gerçəkliyində din ilə dünyəvi təhsilin qarşı-qarşıya qoyulması meyllərinin mövcud olduğunu deyib.  O qeyd edib ki, yalnız  radikal dini cərəyan nümayəndələri bu istiqamətdə çıxışlar edə bilər, hansı ki, onların da bir çoxu dini zəmində qarşıdurmaların təşəbbüskarlıq göstərən və ya rol oynayan iştirakçılarıdır. Həqiqi səmavi dinlərin heç biri dünyəvi təhsilə qarşı çıxmır, əksinə, öz müqəddəs kitablarında insanları oxumağa, elm öyrənməyə səsləyir.  G. İsmayılov bildirib ki, gənclərdən əsas gözlənti yüksək səviyyədə dünyəvi təhsilə yiyələnmələridir. Bununla bərabər, məktəblilərin radikal dini cərəyanların təsirlərindən qorunmaları, ilkin dini bilgiləri etibarlı mənbələrdən öyrənmələri  məqsədi ilə “Həyat bilgisi” fənni tərkibində sistemli şəkildə dini informasiya verilməsi olduqca faydalıdır.

Ölkəmizdəki etnik və dini rəngarəngliyə də toxunan sədr müavini, Azərbaycana xas multikultural modelin regionda və dünyada özünəməxsus nümunə olduğunu bildirib. O qeyd edib ki, əhalisinin çox hissəsini müsəlmanların təşkil etdiyi ölkəmizdə digər dinlərin nümayəndələrinin də öz dini tələbatlarını ödəmələri, azad şəkildə ibadət etmələri, ayin və mərasimlərini icra etmələri üçün  sərbəst mühit yaradılıb. Hazırda Azərbaycanda 2250 məscid, 14 kilsə və 7 sinaqoq vətəndaşların ixtiyarındadır.

Çıxış edən Quba rayon Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev dini maarifləndirmənin gənc nəslin milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyəsində və yetişdirilməsində böyük önəm daşımasından bəhs edib.

Seminar-treninqin sonunda DQİDK-nın sədr müavini Gündüz İsmayılov tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.


Son baxılan xəbərlər

“Dini radikalizm və ekstremizim, narkomaniya, erkən nikaha yox deyək” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
08.12.2021 / 17:46
Ətraflı oxu

Mübariz Qurbanlının Qazaxıstanın ea-news.kz portalında müsahibəsi dərc edilib

Xəbərlər
06.04.2021 / 16:01
Ətraflı oxu

Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfərdədir

Press-relizlər
07.06.2022 / 10:32
Ətraflı oxu

Sumqayıtda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.12.2018 / 17:39
Ətraflı oxu

Şəkidə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

Xəbərlər
06.12.2021 / 18:09
Ətraflı oxu

Beyləqanda “Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
23.06.2022 / 11:43
Ətraflı oxu