
Press-relizlər / 11.11.2019 / 17:36
Noyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Qax Rayon Polis Şöbəsi (RPŞ) və Qax Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax RPŞ-nin rəisi Vidadi Qurbanov, Qax Rayon prokuroru Hidayət Nurəlibəyov, Ləkit kənd tam orta məktəbinin direktoru Gülxar Maqsudova, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizmin və ekstremizmin yaranma səbəblərindən söhbət açılıb. Radikalizmin İslam dininə vurduğu zərərlərdən bəhs olunub. Uşaq hüquqları və narkomaniya qarşı mübarizədə ən güclü vasitənin təhsil və elm olduğu vurğulanıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.