Bakıda “Tolerantlıq örnəyi – Azərbaycan” mövzusunda konfrans keçirilib

Xəbərlər / 13.11.2019 / 13:27

Noyabrın 13-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Tolerantlıq örnəyi – Azərbaycan” mövzusunda konfrans keçirilib.

DQİDK və RİH nümayəndələri, rayonun din xadimləri və gənclərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Səbail RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şahin Talıbov tədbirin əhəmiyyətindən danışıb, rayondakı dini durum barədə ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycanda hər zaman qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Azərbaycanda tarixən bütün dini konfessiyaların nümayəndələrinin birgəyaşayışı mövcud olub, milli və dini baxımından heç bir qarşıdurma müşahidə edilməyib.

Daha sonra təqdimatla çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, hər il ölkəmizdə 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibətilə müxtəlif tədbirlər keçirilir. Azərbaycanın öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə olduğunu qeyd edən sədr müavini deyib ki, Azərbaycandakı tolerantlıq mühiti ölkənin dini mənzərəsini əks etdirir.

Azərbaycan əhalisinin 96 faizinin müsəlmanların təşkil etdiyini deyən Gündüz İsmayılov vurğulayıb ki, respublikamızda bütün dinlərin nümayəndələri- müsəlmanlar, xristianlar və yəhudilər sülh və qardaşlıq şəraitində yaşayırlar.

DQİDK-nın sədr müavini onu da deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ölkəmizdə bütün dini konfessiyalar üçün eyni şərait və bərabər münasibət yaradılıb: “Respublikamızda mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsini təmin etmək məqsədilə dövlət başçımızın müvafiq sərəncamları ilə mütamadi olaraq Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalara maliyyə yardımı göstərilir”

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

 


Son baxılan xəbərlər

“Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda tədbir baş tutub

Press-relizlər
29.08.2018 / 11:29
Ətraflı oxu

Beyləqanda dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
18.01.2018 / 16:05
Ətraflı oxu

Bakıda və bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib

Press-relizlər
17.11.2022 / 09:15
Ətraflı oxu

Ölkəmizdə multikulturalizmin və tolerantlığın əsas amili həm də dinlərin qanun qarşısında bərabərliyidir

Multikulturalizm
05.02.2016 / 15:35
Ətraflı oxu

Azərbaycanda məzhəblər arasında vəhdət mövcuddur

Press-relizlər
14.08.2017 / 14:57
Ətraflı oxu

Hacıqabulda “Vətən müharibəsindəki qələbəmizdə milli – mənəvi dəyərlərin rolu “ mövzusu müzakirə olunub

Press-relizlər
22.09.2021 / 17:58
Ətraflı oxu