
Press-relizlər / 12.11.2019 / 15:52
Noyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin, Oğuz rayon Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının birgə təşkilatçılığı ilə şəhid Elburus Həşimov adına Dəymədərə kənd tam orta məktəbində “Dini radikalizmə dur deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Samir Salehov, Təhsil Şöbəsinin əməkdaşı Günel Abdullayeva, YAP Oğuz rayon Gənclər Birliyinin sədri Elşən Alcanov, məktəbin müəllimləri, yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, dini sahədə intellektual səviyyəsi və mövcud situasiyanı düzgün qiymətləndirmək qabiliyyətləri yetərincə yüksək olmayan gənclər radikal meyilli qüvvələrin qurbanına çevrilə bilirlər. Bu baxımdan vətəndaşları, xüsusilə radikalların təsirindən və təbliğatından qorunmağın əsas metodu maarifləndirmə işinin aparılmasıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.