Göyçayda "Bayraq mənliyimdir, bayraq kimliyim" mövzusunda tədbir keçirilib

Press-relizlər / 08.11.2019 / 08:55

Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Göyçay rayon Heydər Əliyev Mərkəzi və Göyçay Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 9 noyabr-Dövlət Bayragı Gününə həsr olunmuş "Bayraq mənliyimdir, bayraq kimliyim" mövzusunda tədbir keçirilib.
Tədbirdə  Göyçay rayon Heydər Əliyev Mərkəzinin direktoru Zenfira Əliyeva, Göyçay Rayon Təhsil şöbəsinin əməkdaşı Pərviz Yəhyalı, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin 9 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən hər il noyabr ayının 9-u Azərbaycan Respublikası Dövlət Bayrağı günü qeyd edilməsi, bayrağımızın nəinki 10 milyona yaxın Azərbaycan vətəndaşının, həmçinin dünyada yaşayan 50 milyona qədər azərbaycanlının qürur mənbəyinə çevrilərək Ümumilli Liderimiz Heydər Əliyevin  irəli sürdüyü azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi üçün bir rol oynadığını, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisi olduğunu bildiriblər
Tədbirin sonunda Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarx nümayiş olunub.


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: "Həcc ziyarəti Səudiyyə Ərəbistanının qərarından asılı olacaq"

Müsahibələr
06.05.2020 / 14:12
Ətraflı oxu

Balakəndə Qurban bayramı münasibətilə tədbir keçirilib

Xəbərlər
24.06.2023 / 16:56
Ətraflı oxu

Göyçayda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.02.2022 / 16:44
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilib

Press-relizlər
24.12.2021 / 18:11
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Trend-ə müsahibə verib

Müsahibələr
05.09.2018 / 15:24
Ətraflı oxu

Komitə sədri Dünya Baptist Alyansı İttifaqının nümayəndələri ilə görüşüb

Press-relizlər
03.09.2019 / 15:51
Ətraflı oxu