
Press-relizlər / 05.11.2019 / 14:03
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qülbəndə kənd C.Həsənov adına ümumi orta məktəbdə uşaq hüquqları aylığı ilə əlaqədar “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Sahib Hacıyev, Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəis müavini Samir İsrafilov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Fədai Abdullayev, məktəbin direktoru Zahir Məmmədov, şagirdlər, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda uşaq hüquqlarının qorunması istiqamətində Dövlət Komitəsinin keçirdiyi bir sıra tədbirlər diqqətə çatdırılıb. Gənclərin dini radikalizmdən qorunmasında təhsil amilinin xüsusi əhəmiyyət kəsb etdiyi, bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyi qeyd edilib. Gənclərin sağlam həyat tərzini formalaşdırmaq üçün birgə mübarizənin, yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanıb.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.