Cəlilabadda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 04.11.2019 / 10:02

Noyabrın 1-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi (DQİDK), Cəlilabad Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbində “Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşıTural Şahmarov, Cəlilabad Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyev,  məktəbin direktoru Zaur Ələkbərov, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən söhbət açılıb, erkən nikahların qarşısının alınmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyət düşdüyü qeyd olunub. Narkomaniya və digər zərərli vərdişlərin insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığı və cinayətkarlığın artmasına səbəb olduğu vurğulanıb.


Son baxılan xəbərlər

“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı çapdan çıxıb

Multikulturalizm
06.02.2016 / 09:41
Ətraflı oxu

Kürdəmirdə “Vətən müharibəsinin canlı şahidləri” mövzusunda tədbir keçirilib

Press-relizlər
27.10.2021 / 17:54
Ətraflı oxu

Zaqatalada 20 Yanvar şəhidləri anılıb

Press-relizlər
21.01.2020 / 15:12
Ətraflı oxu

Masallıda "Narkomaniya, erkən nikah və dini radikalizm dövrün bəlasıdır" ...

Press-relizlər
11.04.2019 / 15:27
Ətraflı oxu

Bakıda “Din və multikultural təhlükəsizlik” mövzusunda konfrans keçirilib

Press-relizlər
16.12.2019 / 17:11
Ətraflı oxu

Lənkəranda Soyqırımı Günü ilə bağlı videokonfrans keçirilib

Press-relizlər
29.03.2021 / 17:44
Ətraflı oxu