Beyləqanda “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 01.11.2019 / 16:27

Noyabrın 1-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən birgə imzalanan "Tədbirlər Planına" əsasən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi,  Beyləqan Rayon İcra Hakimiyyəti  və Beyləqan rayon “N”  saylı hərbi hissənin birgə təşkilatçlığı ilə hərbi hissədə “Şəhidlik milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi kimi”  mövzusunda tədbir keçirilib. 

Tədbirdə Dövlət Komitəsinin  İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu, “N” saylı hərbi  hissə komandirinin ideoloji və mənəvi psixoloji  təminat  üzrə müavini mayor Rəşad Gülməmmədov, Beyləqan rayon Qaralılar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov hərbi qulluqçular və şəxsi heyət iştirak edib.

Çıxışlarda şəhidlik anlayışından, vətən yolunda şəhid olanların örnək həyatından bəhs edilib. Şəhidliyin İslam dinində ən ali mərtəbə olduğu diqqətə çatdırılıb. Xalqın gələcəyə olan ümidinin gənclər olduğu və buna görə də gənclərin vətənpərvər ruhda yetişdirilməsinin ölkə üçün vacibliyi vurğulanıb.


Son baxılan xəbərlər

Balakən şəhərində “Gənclərdə sağlam dini təfəkkürün formalaşdırılması” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.03.2016 / 16:13
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı ...

Press-relizlər
30.03.2017 / 15:26
Ətraflı oxu

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Xəbərlər
14.12.2018 / 16:59
Ətraflı oxu

Mehriban Əliyeva: "Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə ...

Xəbərlər
08.12.2020 / 13:45
Ətraflı oxu

Zaqatalada dini radikalizm mövzusu müzakirə edilib

Press-relizlər
08.02.2022 / 15:52
Ətraflı oxu

"Azərbaycanda dini tolerantlıq mövcuddur" - Mübariz Qurbanlı (Video)

Müsahibələr
16.10.2014 / 12:37
Ətraflı oxu