Qusarda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər / 01.11.2019 / 16:18

Noyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi, Qusar Rayon İcra Hakimiyyəti və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzinin birgə təşkilatçılığı ilə Qusar şəhəri B.Ağaverdiyev adına 1 saylı tam orta məktəbində “Yaşamaq hüququ: uşaqlara qarşı cinsi ayrı-seçkiliyin hüquqi və mənəvi aspektləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Ombudsmanın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Qusar Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Kamran Sədullayev, Qusar şəhəri B.Ağaverdiyev adına 1 saylı tam orta məktəbin direktoru Arif Xəlilov, müəllimlər və şagirdlər iştirak ediblər.

Maarifləndirmə tədbirində edilən çıxışlar zamanı uşaqların hüquq və vəzifələri haqqında məlumat verilib. Ölkəmizdə hər il 20 oktyabr-20 noyabr tarixinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” elan edildiyi və bununla bağlı bütün ölkə ərazisində uşaq hüquqlarına həsr edilmiş tədbirlərin keçirildiyi bildirilib. Uşaqların mənəvi dəyərlərimiz əsasında və Azərbaycançılıq ruhunda tərbiyə edilmələrinin vacibliyinə diqqət çəkilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

“The Jerusalem Post” qəzeti Azərbaycandakı tolerantlıqdan, Ermənistandakı antisemitizmdən bəhs edir

Xəbərlər
28.10.2020 / 11:05
Ətraflı oxu

Məhkumlar üçün növbəti seminar-treninqlər keçirilib

Heydər Əliyev İli
15.05.2023 / 10:02
Ətraflı oxu

“Dini radikalizm, ekstremizm və narkomaniya milli təhlükəsizliyimizə təhdiddir” mövzusunda videokonfrans keçirilib

Xəbərlər
15.04.2021 / 12:35
Ətraflı oxu

Xocalı soyqırımı ilə bağlı bölgələrdə anım tədbirləri keçirilib

Xəbərlər
25.02.2019 / 16:51
Ətraflı oxu

DQİDK-nın sifarişi ilə nəşr olunan kitabların təqdimatı keçirilib

Xəbərlər
03.08.2021 / 15:30
Ətraflı oxu

Yardımlıda “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusu müzakirə olunub

Press-relizlər
01.05.2023 / 09:13
Ətraflı oxu