
Press-relizlər / 31.10.2019 / 14:30
Oktyabrın 31-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən birgə imzalanan "Tədbirlər Planına" əsasən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi, Beyləqan Rayon İcra Hakimiyyəti və Beyləqan rayon “N” saylı hərbi hissənin birgə təşkilatçlığı ilə hərbi hissədə “Dini radikalizmlə mübarizə: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu, hərbi hissənin komandiri vəzifəsini icra edən mayor Pərviz Qəfərov, hərbi hissənin şəxsi heyətlə ideoloji təlimlər üzrə zabiti Anar Kazımov, hərbi qulluqçular və şəxsi heyət iştirak edib.
Çıxışlarda bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirilib. Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlət tərəfindən geniş tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.