Beyləqanda “Dini radikalizmlə mübarizə: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib

Press-relizlər / 31.10.2019 / 14:30

Oktyabrın 31-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən birgə imzalanan "Tədbirlər Planına" əsasən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi,  Beyləqan Rayon İcra Hakimiyyəti  və Beyləqan rayon “N”  saylı hərbi hissənin birgə təşkilatçlığı ilə hərbi hissədə “Dini radikalizmlə mübarizə: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir  keçirilib.       

Tədbirdə Dövlət Komitəsinin  İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu, hərbi hissənin komandiri vəzifəsini icra edən mayor Pərviz Qəfərov, hərbi hissənin şəxsi heyətlə ideoloji təlimlər üzrə zabiti Anar Kazımov, hərbi qulluqçular və şəxsi heyət iştirak edib.

Çıxışlarda bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirilib. Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlət tərəfindən geniş tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edəcək

Xəbərlər
13.10.2022 / 11:26
Ətraflı oxu

Balakəndə “Dini fanatizm və ekstremizmin mahiyyəti, təhlükələri” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.03.2022 / 15:53
Ətraflı oxu

Naftalanda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
07.10.2022 / 10:55
Ətraflı oxu

Gəncədə radikalizm mövzusu müzakirə olunub

Press-relizlər
06.10.2022 / 14:49
Ətraflı oxu

Daxili Qoşunların Gəncədəki N saylı hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
17.03.2022 / 14:05
Ətraflı oxu

Xızıda “Dini radikalizm və onun fəsadları” mövzusunda müzakirələr aparılıb

Press-relizlər
24.10.2016 / 15:07
Ətraflı oxu