Masallıda "Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizədə təhsilin rolu" mövzusu müzakirə edilib

Press-relizlər / 31.10.2019 / 14:51

Oktyabrın 31-də Masallı rayonu Bədəlan kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.

Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, məktəb rəhbərliyi, valideynlər, müəllim və şagirdlər iştirak ediblər.

Tədbirdə gəncləri dini radikal qrupların təsirindən uzaq tutmaq üçün onlara dolğun bilik vermək, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi çatdırmağın əhəmiyyəti vurğulanıb. Dini radikalizmin fəsadları, ona qarşı mübarizə metodları haqqında məlumat verilib, maarifləndirmə tədbirlərinin təhsil ocaqlarında keçirilməsinin yeniyetmə və gənclərin dini maarifləndirilməsində və onların dini radikal qrupların təsirindən uzaq olmasında mühüm əhəmiyyət daşıdığı qeyd edilib.


Son baxılan xəbərlər

Respublikamızın müxtəlif rayonlarında dini radikalizmə qarşı mübarizə mövzusunda maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
14.03.2016 / 11:03
Ətraflı oxu

Qusarda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər
29.06.2018 / 15:40
Ətraflı oxu

Beynəlxalq Tolerantlıq Günü Nardaran Bilik Evində də qeyd edilib

Multikulturalizm
11.11.2016 / 15:17
Ətraflı oxu

"Azərbaycandakı “Multikulturalizm ili” bir sıra ölkələrdə multikultural əhval-ruhiyyənin möhkəmlənməsinə səbəb oldu"

Müsahibələr
23.12.2016 / 16:31
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində Qəbələdə tədbir keçirilib

Press-relizlər
28.08.2018 / 14:12
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

Press-relizlər
13.11.2019 / 18:01
Ətraflı oxu